Digər
Millimiz FIBA Çempionlar Kubokunun finalında

15.03.2026 | 14:40
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda finala yüksəlib.
Sports.az xəbər verir ki, yarımfinalda ABŞ seçməsi ilə üz-üzə gələn yığmamız 22:20 hesablı qələbə qazanıb.
Azərbaycanın həlledici mərhələdəki rəqibi Kanada və Niderland millilərindən biri olacaq.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
Son xəbərlər





























