Digər
Yüksək Liqada müntəzəm mövsümün son turu başlayır

17.03.2026 | 13:40
Voleybol üzrə Azərbaycan Yüksək Liqasının müntəzəm mövsümündə sonuncu tura bu gün start veriləcək.
Sports.az xəbər verir ki, kişilərin yarışında 18-ci turun iki oyunu baş tutacaq.
"Neftçi" "Gənclər"lə, "Ordu" "Murov Az Terminal"la münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşmalar Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında, müvafiq olaraq saat 16:00 və 18:00-da start götürəcək.
Qadınların mübarizəsində "Murov Az Terminal" "Turan"ın qonağı olacaq. Görüş Tovuz Olimpiya İdman Kompleksində, saat 17:00-da başlayacaq.
Son xəbərlər





























