Şirvanda BWF-nin badminton təlimləri keçirilib

Şirvanda BWF-nin badminton təlimləri keçirilib

Şirvan şəhərində Dünya Badminton Federasiyasının (BWF) "Shuttle Time" layihəsi çərçivəsində məktəblilər arasında bu idman növünün kütləviliyini artırmaq, gənc məşqçi və hakimlər hazırlamaq məqsədi ilə təlimlər keçirilib.

Sports.az xəbər verir ki, proqram çərçivəsində regional müəllimlər üçün "Shuttle Time Teachers" kursları təşkil olunaraq, badmintonun şagirdlərə öyrədilməsi üzrə praktiki məşğələlər gerçəkləşib.

ABF tərərfindən təyin edilmiş mütəxəssilər tərəfindən həyata keçirilən təlim Təhsil Respublika İdman Mərkəzinin Şirvan Şəhəri Uşaq Gənclər İdman Şahmat Məktəbində baş tutub.

Məktəblilər təlim çərçivəsində badmintonla yaxından tanış olaraq, nəzəri və praktik biliklərə yiyələniblər. BWF tərəfindən hazırlanmış, dünyanın ən yaxşı badminton layihələri sırasına daxil edilmiş, əyləncəli oyun əsaslı təlim sistemi uşaqların fiziki bacarıqlarını (sürət, çeviklik, koordinasiya) inkişaf etdirir, dözümlülüyü artırır.

Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaqla yanaşı, əlçatanlığını təmin etmək, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.

Proqramın cari ildə müxtəlif regionlarda keçirilməsi, bununla da badmintonun ölkə üzrə coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur. Cari ildə "Shuttle Time" proqramının icrasına ilk olaraq Gəncədə yerləşən Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə icrasına başlanılıb.

Layihə Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası (BEC), Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Son xəbərlər
“Trabzonspor”a bir qol bəs etdi
Kalafyori İtaliya nəhənginə qoşula bilər
1/4 finala yüksələn ilk komanda bəlli oldu
“Mançester Siti”nin müdafiəçisi Milana köçə bilər
ACF tərəfindən 25 klub və idman təşkilatına lisenziya təqdim edildi
“Barselona” “Borussiya”nın hücumçusu ilə maraqlanır
Şirvanda BWF-nin badminton təlimləri keçirilib
“Aston Villa” ulduzunu itirə bilər
“Azərreyl” və “DH Volley”dən qələbə
Slot Niderland nəhəngini çalışdıra bilər
“Şəfa” qalib gəldi, “Səbail” xal itirdi
Kvaratsxeliya “Arsenal”a keçir?
20-ci turun oyun cədvəli açıqlandı
PSJ “Bayern”in hücumçusunu satın almağa hazırdır
Cüdoçular üçün maarifləndirici görüş keçirilib
“Yuventus” “Olimpik”in hücumçusu ilə maraqlanır
Atletlər Komissiyasının 2026-cı ildə ilk iclası
“Arsenal” “Bayern”in cinah müdafiəçisini satın almağa hazırdır
“Araz-Naxçıvan”a Şamaxıda 1 qol bəs etdi - VİDEO
“Real” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
“3-4 oyundur, haqq etmədiyimiz halda məğlub oluruq”
“Şamaxı” ilə oyun heç-heçə də bitə bilərdi” - Demçenko
“Turan Tovuz”la “Çinar”a texniki məğlubiyyət verildi
PSJ və “Real” “Qalatasaray”ın hücumçusu uğrunda çəkişəcəklər
2-ci Liqa klublarının cəzası açıqlandı
“Atletiko” “Olimpik”in hücumçusu ilə maraqlanır
Azərbaycan yığması Farer adalarına uduzdu
“Şamaxı” “Araz-Naxçıvan”a evdə uduzdu
“Roma” “Everton”n cinah müdafiəçisi ilə maraqlanır
Fevralın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
DAHA ÇOX

Ən çox oxunanlar