Digər
Vəliyevdən Dünya Seriyasında gümüş medal

20.03.2026 | 15:30
Azərbaycan idmançısı Əli Vəliyev İspaniyanın Barselona şəhərində keçirilən paraüzgüçülük üzrə Dünya Seriyasında uğurlu çıxışla diqqət çəkib.
Sports.az xəbər verir ki, yeniyetmə paralimpiyaçı S10 kateqoriyasında 100 metr məsafəyə sərbəst üsulla üzməkdə 1 dəqiqə 0.41 saniyə nəticə göstərərək gümüş medal qazanıb.
Barselonada təşkil olunan Dünya Seriyasında dünyanın müxtəlif ölkələrindən güclü idmançılar çıxış edir.
Son xəbərlər





























