Digər
İbrahim Əliyevdən İspaniyada gümüş medal

25.03.2026 | 15:20
Azərbaycanın parabadmintonçusu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb.
Sports.az xəbər verir ki, 20 yaşlı idmançı parabadmintonçuların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) fərqlənib.
Təmsilçimiz polşalı komanda yoldaşı Bartlomiej Mroz ilə birlikdə çıxış edərək fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Son xəbərlər





























