Digər
Yüksək Liqada növbəti oyunlar keçiriləcək

26.03.2026 | 12:20
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün növbəti oyunlar keçiriləcək.
Sports.az xəbər verir ki, 19-cu turun ilk qarşılaşmasında "Murov Az Terminal" "Gənclər"i sınağa çəkəcək.
Görüş Abşeron Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.
Saat 16:00-da isə "Azərreyl" "Ordu", "Xilasedici" "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Hər iki oyun Fövqəladə Hallar Nazirliyinin idman zalında baş tutacaq.
Müntəzəm mövsümün sonuncu - 20-ci turu martın 30-da keçiriləcək.
Son xəbərlər





























