“Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır” - Amerikalı basketbolçu

“Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır” - Amerikalı basketbolçu

Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır.

Sports.az xəbər verir ki, bunu "Quba"nın ABŞ-dən olan basketbolçusu Maykl Rayt klubun mətbuat xidmətinə müsahibəsində deyib.

"Düşünürəm ki, Azərbaycan Basketbol Liqasının səviyyəsi yaxşıdır. Xüsusilə "Sabah"a qarşı oynamaq fürsətindən zövq aldım. Onlar çox yaxşı komandadır və əvvəlki mövsümdə liqanı qazanan komandaya qarşı oynamaq həmişə maraqlıdır. Ümid edirəm ki, pley-offda onlarla yenidən oynaya biləcəyik", - deyə hücumameyilli müdafiəçi bildirib.

O, fasilədən əvvəlki son turda "Lənkəran"ı məğlub etdikləri görüşü yada salıb:

"Bu, çox yaxşı komanda qələbəsi idi. "Lənkəran" komandası çətin bir il keçirdi, ona görə də qalib gəlməli olduğumuz bir matç idi. Komandamızın oyunundan razıyam. Həqiqətən də kollektiv oyun göstərərək qazandıq. Komandamız qarşılaşmanı qazandığı müddətdə öz oyunumdan razıyam. Qələbə matçın ən vacib hissəsidir".

M.Rayt bu gün müntəzəm mövsümün son turunda "Naxçıvan"la keçirəcəkləri oyuna toxunub:

"Naxçıvan" çox güclü komandadır. Onlarla hər oyun çətin keçir. Bu dəfə də belə olacağını düşünürəm. Amma komanda şəklində güclü oynasaq, inanıram ki, qələbə qazanacağıq".

28 yaşlı basketbolçu "Quba"nın cari mövsümdə çıxışını dəyərləndirib:

"Daha yaxşı çıxış edə bilərdik. Amma buna mane olan səbəblər var. Zədəlilər və komandadan ayrılanlar oldu. Lakin inanıram ki, komandamız hazırda ən yaxşı formadadır. Biz pley-off görüşlərinə hazırıq".

Son xəbərlər
Azərbaycan güləşçilərindən Estoniyada 5 medal
“Sərhədçi” “Sumqayıt”ı məğlub etdi
1/4 finalın daha iki oyunu keçirildi
“Yuventus”un müdafiəçisi “Barselona”nın maraq dairəsindədir
AFFA millinin açıq məşq və mətbuat konfransının vaxtını açıqladı
AFFA daha bir neçə liqada oyunları təxirə saldı
Müdafiəçisi “İnter”dən ayrılacaq
“Ordu” “Lənkəran”a qalib gəldi
Azərbaycan yığması Şimali İrlandiyaya da uduzdu
“Genk”in ulduzu Premyer Liqa nəhənglərinin maraq dairəsindədir
Azərbaycan qılıncoynadanından Daşkənddə bürünc medal
“Dinamo”dan darmadağın
PSJ “Barselona”nın ulduzu ilə maraqlanır
“Naxçıvan”a basketbolçuların səhvləri nəticəsində uduzduq”
Daha bir oyunun yeri dəyişdirildi
“Yuventus” “Barselona”nın “vuran ayağı” ilə maraqlanır
“Naxçıvan”dan qələbə
Dayç “Tottenhemə”ə mümkün təyinatı ilə bağlı nə düşünür?
“Atletiko” Qrizmanna əvəz axtarışındadır
“Everton” “Mançester Siti”nin hücumçusunu satın almağa hazırdır
Argentina millisində ciddi itki
“Barselona” “İnter”in müdafiəçisinə sanballı əməkhaqqı təklif edir
Yarımmüdafiəçisi “Mançester Siti”dən ayrılmağa hazırdır
“Hədəfimiz Malta ilə oyunda qələbə qazanmaqdır” - Aqil Nəbiyev
MS “Real”ın keçid planını pozmaq niyyətindədir
“Tottenhem”də məşqçi dəyişikliyi gözlənilir
“İnter” “Liverpul”un müdafiəçisinin xidmətində maraqlıdır
Yarımmüdafiəçisi “Real”dan ayrılmaq istəyir
“Atletiko” baş məşqçisi ilə danışıqlar apardı
Azərbaycan taekvondoçusu “Türkiye Open”də qızıl medal qazandı
DAHA ÇOX

Ən çox oxunanlar