Digər
“Sərhədçi” “Sumqayıt”ı məğlub etdi

28.03.2026 | 23:40
"Sərhədçi" komandası Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – 20-ci turunda "Sumqayıt"ı məğlub edib .
Sports.az xəbər verir ki, B qrupunda yer alan komandaların dueli "Sərhədçi" İdman Mərkəzində keçirilib.
Görüş meydan sahiblərinin 93:89 hesablı qələbəsi ilə yekunlaşıb.
B qrupunun digər iki matçında "Ordu" komandası "Lənkəran"a qalib gəlib - 107:65. "Quba" komandası isə Quba Olimpiya Kompleksində "Naxçıvan"a 96:103 hesabı ilə məğlub olub.
Xal durumu: "Ordu" - 38, "Naxçıvan" - 36, "Sərhədçi" - 28, "Sumqayıt", 'Quba" - 27, "Lənkəran" - 24.
Son xəbərlər





























