\"Liverpul\" yeni transferini açıqladı

İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sports.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Brayton"dan Aleksis Makallister transfer edib.

Bu barədə Mersisayd təmsilçisinin rəsmi saytı məlumat yayıb.

25 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. Sözləşmənin detalları barədə məlumat verilməyib.

Xatırladaq ki, Aleksis Makallister ötən il Argentina millisi ilə Qətərdəki dünya çempionatının qalibi olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar