Emre Belözoğlunun yeni klubu bilindi

Türkiyənin “Ankaragücü” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sports.az xəbər verir ki, paytaxt təmsilçisinin “sükanı arxasına” “Fənərbaxça”nın keçmiş futbolçusu Emre Belözoğlu keçib.

43 yaşlı mütəxəssis bu postda Tolunay Kafkası əvəzləyib. Onunla 2 illik müqavilə imzalanıb.

Emre Belözoğlunun son iş yeri Türkiyənin “Başakşəhər” klubu olub. O, bu klubdan bir müddət öncə ayrılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar