Dünya futbolu
“İnter”in yarımmüdafiəçiləri “Mançester Siti”ninkindən güclüdür” - Vyeri

20.11.2023 | 22:20
“İnter”in sabiq hücumçusu Kristian Vyeri cari mövsümdə “neradzurri”nin gücü ilə bağlı fikirlərini paylaşıb.
Sports.az Vyerinin bu barədə fikirlərini təqdim edir:
“A Seriyasında heç kim “İnter”dən güclü heyətə malik deyil. Bununla belə, mən əminəm ki, oyunu yarımmüdafiə qazanır. Düşünürəm ki, “İnter”in yarımmüdafiəçiləri “Mançester Siti”nin yarımmüdafiəçilərindən güclüdürlər. “İnter” çox mütəşəkkil komandadır. Onlar topu yaxşı saxlayırlar, yəni daha az risk edirlər”.