Dünya futbolu
“Napoli” Zelinski ilə anlaşa bilmədi

20.11.2023 | 22:21
“Napoli” klubu maaş tələblərinə görə komandanın oyunçusu Pyotr Zelinski ilə yeni müqavilə haqda razılığa gələ bilməyib.
Sports.az xəbər verir ki, Zelinsinin özü müqaviləsinin uzadılacağını istisna etmir və bu barədə açıq bildirib.
Zelinskinin “Napol”i ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Ötən yay Səudiyyə Ərəbistanından təxminən 14 milyon avro məbləğində maaş təklifinə baxmayaraq, polyak futbolçu 4 milyon avro qazandığı “Napoli”nin heyətində qalmağa qərar vermişdi.