“Real” Verneri Vinisiusun əvəzləyicisi kimi görür

“Real” qarşıdakı qış transfer pəncərəsində komandanın hücum xəttini gücləndirməyi planlaşdırır.

Sports.az xəbər verir ki, Madrid klubu komandanın braziliyalı vingeri Vinisius Juniorun zədəsi səbəbindən bazara girmək məcburiyyətində qalıb.

Vinisius ən azı, gələn ilin fevralına qədər sıradan çıxıb. “Leypsiq”in hücumçusu Timo Verner Vinisiusun əvəzedicisi roluna namizədlərdən biri hesab edilir. “Real” rəhbərliyi başa düşür ki, qışda hər hansı yüksək səviyyəli oyunçu ilə müqavilə imzalamaq kifayət qədər çətin olacaq, ona görə də madridlilər ikinci dərəcəli ulduzları nəzərdən keçirirlər.

Daha əvvəl Timo Vernerin transferində İngiltrə Premyer Liqasının bir neçə klubunun maraqlı olduğu haqda məlumat yayılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar