“Çelsi” Broyanı “Fulhem”ə icarəyə vermək istəmir

“Çelsi”nin hücumçusu Armando Broya qarşıdakı qış transfer pəncərəsində London klubunu tərk etməyəcək.

Sports.az xəbər verir ki, “Çelsi” rəhbərliyi “Fulhem”in 21 yaşlı hücumçunu icarəyə götürmək təklifini nəzərdən keçirib və gənc futbolçunun transferi ilə bağlı danışıqlara getməmək qərarına gəlib.

Broyanın xidmətində “Çelsi”nin baş məşqçisi Maurisio Poçettinonun maraqlı olduğu bildirilir. Argentinalı mütəxəssis futbolçunun xidmətindən yaxın həftələrdə istifadə etməyi nəzərdə tutub və Armandonun bu müddətdə necə çıxış edəcəyini görmək istəyir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar