Dünya futbolu
“Molde”nin hücumçusu həftənin ən yaxşısı seçildi
23.02.2024 | 23:55
Avropa Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu bəlli olub.
Sports.Az xəbər verir ki, bu ada İsveçin “Molde” klubunun üzvü Fredrik Qulbrandsen layiq görülüb.
O, buna “Legiya”nı Polşada 3:0 hesabıyla yendikləri qarşılaşmada dubla imza atmaqla bacarıb.
Konfrans Liqasında həftənin oyunçusu adına Jeremi Frik (“Servett”, İsveçrə), Kameron Puertas (“Yunion”, Belçika) və Mika Bieret (“Şturm Qraz”, Avstriya) də namizəd idi.