Dünya futbolu
MLS klubları Jirunu mövsümün sonunda “Milan”ı tərk etməyə təhrik edirlər
23.02.2024 | 22:55
MLS klubları fransalı hücumçu Olivye Jirunu mövsümün sonunda azad agent qismində “Milan”ı tərk edərək ABŞ-a köçməyə razı salmağa çalışırlar.
Sports.az xəbər verir ki, İtaliya klubunun rəhbərliyi Jiruya müqaviləsinin müddətini 2025-ci ilin yayına qədər uzatmağı təklif edir.
Amma fransalı hücumçu aprelin sonuna qədər gələcəyi ilə bağlı qərar verməyi planlaşdırır.