MS Halandın “Real”a keçmək ehtimalını önləyir

“Mançester Siti” hücumçusu Erlinq Halandın ətrafını bu yay futbolçunun müqaviləsinin müddətinin uzadılması ilə bağlı danışıqlara başlamaq zərurətindən xəbərdar edib.

Sports.az xəbər verir ki, “şəhərlilər” Halandın yaxın gələcəkdə “Real”ın oyunçusu olmaq arzusundan xəbərdardırlar.

Buna əsaslanaraq, “Mançester Siti” norveçli hücumçunun gələcəkdə Madrid klubuna keçidi üçün şərtləri sərtləşdirəcək şəkildə onun üçün yeni əmək müqaviləsi tərtib etmək niyyətindədir. Halandın müqaviləsində hazırda 2024-cü ilin yayından etibarən Premyer Liqadan kənar klublara onu münasib qiymətə almağa imkan verəcək təzminat məbləğinin göstərildiyi vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar