“Olimpik” Qrinvudu satın almağa əsas namizəddir

Marsel “Olimpik”i ötən mövsümü “Xetafe”də icarə əsasında oynamış, “Mançester Yunayted”in 24 yaşlı ingilis hücumçusu Meyson Qrinvudun satın alınmasına əsas namizəddir.

Sports.az xəbər verir ki, “qırmızı şeytanlar” futbolçunu almaq öhdəliyi ilə icarəyə razıdırlar.

“Mançester Yunayted” müqaviləyə nəhəng satış bəndini daxil etməyə hazırlaşır. Məbləğin gələcək transferlərin 40%-50%-i arasında ola biləcəyi bildirilir. Artıq “Olimpik” “qırmızı şeytanlar”a rəsmi müraciət ünvanlayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar