Alkantara “Barselona”nın məşqçilər qərargahına qoşulmağa hazırdır

Daha əvvəl fəal oyunçu karyerasını başa vurduğunu açıqlamış 33 yaşlı keçmiş yarımmüdafiəçi Tyaqo Alkantara “Barselona”nın təklifini qəbul edərək, “blauqrana”nın məşqçilər qərargahına qoşulmaq niyyətindədir.

Sports.az xəbər verir ki, daha əvvəl, “Barselona”nın baş məşqçisi Hans-Diter Flikin Tyaqonu öz qərargahına dəvət etmək istədiyi barədə məlumat yayılmışdı.

Alman mütəxəssisin alman və ispan dillərini bilən köməkçiyə ehtiyacı olduğu, Kataloniya klubunun rəhbərliyinin isə karyerasının sonuna yaxın olan futbolçular arasında bu məqsədlə seçimləri nəzərdən keçirdiyi bildirilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar