PSJ Juan Neveşlə şəxsi müqaviləsini razılaşdırdı

PSJ təzminat haqqı 120 milyon avro məbləğində olan portuqal yarımmüdafiəçi Joao Neveşin transferi məqsədilə “Benfika”ya rəsmi təklif ünvanlayıb.

Sports.az xəbər verir ki, təklifin məbləği hələ açıqlanmayıb, amma bu, oyunçuya görə təzminat haqqının məbləğindən azdır.

Vurğulanır ki, futbolçunun yeni klubu ilə müqaviləsinin şəxsi şərtləri artıq razılaşdırılıb.

Daha əvvəl bildirilmişdi ki, parislilərin baş məşqçisi Luis Enrike gənc futbolçunun keçidində israrlıdır, “Benfika”nın prezidenti Ruy Koşta isə klubların transfer məbləğini artıq müzakirə etdiyini də təsdiqləyib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar