Kantenin Premyer Liqaya yolunu bağlayacaq səbəb bəlli oldu

“Əl-İttihad”ın və Fransa yığmasının yarımmüdafiəçisi N’Qolo Kante Premyer Liqaya qayıtmayacaq.

Sports.az xəbər verir ki, “Vest Hem”lə “Əl-İttihad” arasında danışıqlar aparılıb və bu danışıqlar zamanı Səudiyyə Ərəbistanı klubu fransalı futbolçunu “çəkicdöyənlər”ə satmaq istəyində olmadığını açıqlayıb.

Vurğulanır ki, “Əl-İttihad” yüksək səviyyəli sabit oyunu ilə diqqət çəkən Kanteni komandanın əsas oyunçusu olaraq görür.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar