Olmonun keçidi “Barselona” üçün ən üstün seçimlərdən biridir

“Barselona” “Leypsiq”in ispaniyalı yarımmüdafiəçisi Dani Olmonu transfer etməkdə maraqlıdır.

Sports.az xəbər verir ki, Almaniya klubu sərfəli təklif olarsa, 26 yaşlı futbolçunu satmağa hazırdır.

Olmonun özü də Kataloniya klubuna keçməyə üstünlük verir. “Barselona” bu transfer üçün 60 milyon avro məbləğə qədər ödəniş etmək niyyətindədir.

Vurğulanır ki, Olmo ilə “Mançester Siti” və “Bayern” də maraqlanırlar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar