Kvaratsxeliyanın gələcəyi ilə bağlı yeni təfərrüat məlum oldu

“Napoli”nin gürcü vingeri Xviça Kvaratsxeliya hələ də PSJ-nin maraq dairəsindədir.

Sports.az xəbər verir ki, Paris klubu fransalı ulduz hücumçusu Kilian Mbappenin “Real”a gedişindən sonra, 23 yaşlı gürcü vinger müqabilində 100 milyon avro məbləğdən çox ödəniş etməyə hazırdır.

Bununla belə, Xviçanın özü “Napoli” ilə 5 illik müqavilə imzalamağa hazırdır. Futbolçunu komandanın yeni baş məşqçisi, italyan mütəxəssis Antonio Konte heyran edib. Kvaratsxeliya Konte ilə işləmək istəyir və bunun, öz tərəqqisində irəli doğru bir addım olacağını anlayır.

“Napoli” Kvaratsxeliyaya mövsüm başına 5 milyon avro məbləğində başlanğıc maaşı təklif edib, amma bu məbləğ 7 milyon avroya yüksələ bilər. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar