Dovbik “Atletiko”ya keçməyə yaxındır

“Jirona”nın ukraynalı hücumçusu Artyom Dovbik Madrid “Atletiko”suna keçməyə yaxındır.

Sports.az xəbər verir ki, tərəflər 27 yaşlı hücumçunun 30 milyon avro məbləğə “döşəkçilər”in düşərgəsinə keçidi ilə bağlı razılığa gəlməyə yaxındırlar.

Futbolçunun özü karyerasını Madrid komandasında davam etdirməkdə maraqlıdır.

Xatırladaq ki, daha əvvəl “Atletiko”nu “Milan”a keçmiş ispan hücumçu Alvaro Morata tərk edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar