Ən-Nəsiri “Fənərbaxça”nın oyunçusu olacaq

“Sevilya”nın 27 yaşlı hücumçusu Yussef Ən-Nəsiri “Fənərbaxça”nın futbolçusu olacaq.

Sports.az xəbər verir ki, İstanbul klubu Ən-Nəsiri müqabilində 20 milyon avro məbləğ ödəyib və futbolçu ilə müddəti 2028-ci ilə qədər qüvvədə olacaq müqavilə imzalanıb.

“Fənərbaxça”nın hücumçu uğrunda mübarizədə “Roma” və Səudiyyə Ərəbistanı klublarını üstələdiyi bildirilir. Ən-Nəsirinin keçidinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar