“Yuventus” Adeyeminin satın alınmasında maraqlıdır

“Yuventus” Dortmund “Borussiya”sının və Almaniya yığmasının hücumçusu Kərim Adeyemi satın almaq niyyətindədir.

Sports.az xəbər verir ki, Turin klubunun idman direktoru Kristiano Cuntoli futbolçunun ətrafı ilə görüşüb və qarşı tərəfi “Yuventus”un marağı haqda məlumatlandırıb.

Adeyeminin “Qoca sinyora”ya qoşulmağa qarşı olmadığı bildirilir. Mümkün keçidin məbləği 40-45 milyon avro olaraq təxmin edilir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar