“Real”ın sabiq futbolçusu 4-cü Liqa klubunda

İspaniyanın "Real" və İtaliyanın "Napoli" klublarının keçmiş yarımmüdafiəçisi Xose Kalyexon "Marbelya"ya keçib.

Sports.az İspaniyanın 4-cü Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında 2025-ci ilin yayına qədər müqavilə imzalanıb.

37 yaşlı futbolçu 2011/2012 mövsümündə “Real”ın heyətində İspaniya çempionu, “Napoli” ilə isə iki dəfə İtaliya kubokunun qalibi olub.

Kalyexon son iki mövsümdə “Qranada”da çıxış edib. O, ötən mövsüm La Liqada 25 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar