Braziliyada hər il “Pele günü” qeyd olunacaq

Bundan sonra mərhum futbolçu Pelenin günü Braziliyada qeyd olunacaq. Bu, noyabrın 19-da olacaq.

Sports.az xəbər verir ki, qərar ölkə hökuməti səviyyəsində qəbul edilib.

Noyabrın 19-u ona görə seçilib ki, məhz həmin gün Pele rəsmi olaraq karyerasında 1000-ci qolunu vurub.

Pele 1941-ci ildə anadan olub və 29 dekabr 2022-ci ildə vəfat edib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar