“Çelsi” Osimhenin transferindən əlini üzdü

“Napoli”nin nigeriyalı hücumçusu Viktor Osimhen “Neapol” klubunun və nigeriyalı oyunçunun həddindən artıq tələbləri səbəbindən “Çelsi”nin futbolçusu olmayacaq.

Sports.az xəbər verir ki, “Çelsi” “Napoli”yə təzminat məbləğini ödəmək istəmir, həmçinin oyunçunun maaş tələblərini çox yüksək hesab edir.

Osimhen yeni klubunda ildə 11-12 milyon avro məbləğ civarında qazanc götürmək istəyir.

Xatırladaq ki, bundan əvvəl, “Napoli” rəhbərliyinin 130 milyon avro məbləğində təklif alınacağı təqdirdə Viktor Osimhenlə ayrılmağa hazır olduğu bildirilirdi.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar