Dünya futbolu
De Xea Ten Haqın ona münasibəti müqabilində futboldan getmək istəyib
25.07.2024 | 15:30
“Mançester Yunayted”in 33 yaşlı ispan sabiq qapıçısı David de Xea “qırmızı şeytanlar”ın niderlandlı baş məşqçisi Erik ten Haqın kobud rəftarına görə peşəkar karyerasını bitirməyə hazır olub.
Sports.az xəbər verir ki, ispan qapııçı 2023-cü ilin yayında “Mançester Yunayted”dən ayrıldıqdan dərhal sonra Erik ten Haqın ona qarşı rəftarına görə karyerasını bitirməyi düşünüb.
De Xeanın niderlandlı mütəxəssislə münasibətləri çətinləşdiyi üçün İngiltərə klubundan ayrılmaq qərarına gəldiyi vurğulanır. Bundan əlavə, De Xeaya “Mançester Yunayted”in keçmiş idman direktoru Con Merto ilə də işləmək narahatlıq doğurub.
Xatırladaq ki, 2023-cü ilin yayında “Mançester Yunayted”dən ayrıldıqdan sonra David de Xea hələ də azad agent olaraq qalır.