Dünya futbolu
“Palmeyras” “Zenit”in Veyqaya görə təklifini rədd etdi
25.07.2024 | 17:30
Sankt-Peterburq “Zenit”i Braziliya nəhənglərindən “Palmeyras”a komandanın yarımmüdafiəçisi Rafael Veyqanı almaq istəyində olduğu haqda təklif ünvanlasa da, rədd cavabı alıb.
Sports.az xəbər verir ki, “Zenit” yarımmüdafiəçi müqabilində 20 milyon avro məbləğ təklif edib, amma “Palmeyras” cari transfer pəncərəsində Veyqanı satmaqda maraqlı olmadığı üçün bu təklifi rədd edib.
Xatırladaq ki, “Zenit” artıq bu futbolçu ilə əvvəllər də maraqlanıb, amma o vaxt da istəyinə çata bilməyb.