Dünya futbolu
Gündoğan “Barselona”dakı gələcəyi ilə bağlı qərar verdi
25.07.2024 | 19:00
“Barselona”nın almaniyalı yarımmüdafiəçisi İlkay Gündoğan İspaniya yığmasının heyətində Avropa çempionu olmuş, “blauqrana”nın məzunu, “Leypsiq”in yarımmüdafiəçisi Daniel Olmonun keçidində Kataloniya klubunun maraqlı olmasına rəğmən, “Barselona”da qalacaq.
Sports.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Barselona”dan ayrılmağı düşünmür və klubla müqaviləsinin sonuna qədər oynamaq istəyir.
Daha əvvəl Gündoğanın Qətərin “Əl-Sədd” klubuna keçə biləcəyi haqda məlumat yayılmışdı.