Dünya futbolu
“Zenit” Veyqaya görə təklifini yaxşılaşdıracaq
26.07.2024 | 18:00
Sankt-Peterburq “Zenit”i yarımmüdafiəçi Rafael Veyqanı satın almaq üçün Braziliya nəhənglərindən “Palmeyras”a təkmil təklif göndərmək niyyətindədir.
Sports.az xəbər verir ki, “Palmeyras” 20 milyon avro məbləğində təklifi rədd etdikdən sonra, Sankt-Peterburq klubu maliyyə şərtlərini 25-27 milyon avro məbləğ civarına qədər yaxşılaşdırmaq niyyətindədir.
Vurğulanır ki, Rusiya təmsilçisi bu təklifi ilə də uğur qazana bilməyəcək, belə ki, “Palmeyras” aparıcı oyunçularından biri ilə hələ ayrılmaq niyyətində deyil.