“Leypsiq” “Barselona”nın Olmo müqabilində təklifini rədd etdi

“Leyspiq” “Barselona”nın 26 yaşlı hücumameyilli yarımmüdafiəçi Daniel Olmonu 60 milyon avro məbləğ müqabilində hissə-hissə ödəniş şərti ilə transfer etmək təklifini qəbul etməyib.

Sports.az xəbər verir ki, Kataloniya klubu Olmo müqabilində sabit məbləğ olaraq 40 milyon avro və “blauqrana”nın qazandığı qənimətlərdən asılı olaraq, əlavə 20 milyon avro məbləğində üstəlik ödənişi təklif edib.

Eyni zamanda, göstərilmiş 40 milyon avro məbləğin də “Leypsiq”ə hissə-hissə ödənişi təklif edilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar