“Mançester Yunayted”in yeni transferi 3 aylıq sıradan çıxdı

İngiltərənin "Mançester Yunayted" klubunun iki futbolçusu zədələnib.

Sports.az xəbər verir ki, müdafiəçi Leni Yoro və hücumçu Rasmus Höylund sıradan çıxıb.

Onlar "Arsenal"a 1:2 hesabı ilə uduzduqları yoldaşlıq matçında xəsarət alıblar.

Yoro üç ay, Höylund isə 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Yoro iyulun 18-də Fransanın "Lill" klubundan "qırmızı şeytanlar"a keçib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar