Super Kubok matçını idarə edəcək hakim bəlli oldu

"Qalatasaray" və "Beşiktaş" komandaları arasında keçiriləcək Türkiyə Super Kuboku matçını idarə edəcək hakim müəyyənləşib.

Sports.az xəbər verir ki, qarşılaşma Atilla Karaoğlana tapşırılıb.

Avqustun 3-də İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

"Qalatasaray" ötən mövsüm Türkiyə Super Liqasının qalibi olub. "Beşiktaş" isə ölkə kubokuna sahib çıxıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar