Millinin baş məşqçisindən Morataya mənəvi dəstək

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının 4-cü turunda Serbiya yığması ilə oyunda (3:0) penaltini dəqiq yerinə yetirə bilməyən ispan hücumçu Alvaro Morata haqda danışıb.

Sports.az xatırladır ki, Morata 54-cü dəqiqədə penaltini qaçırsa da, 11 dəqiqə sonra qolla fərqlənib.

“Bu axşam özümü həqiqətən xoşbəxt hiss etmək istəyirəm. Bütün stadion Morataya layiq olduğu hörməti və sədaqəti göstərdi. O, nə qədər vacib olduğuna görə tanınmağa layiq bir oğlandır – paltardəyişmə otağımızda həqiqətən sevilən bir oyunçudur”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar