“Aleksander-Arnoldun müqaviləsi çoxdan həllini tapmalı idi”

“Liverpul”un keçmiş hücumçusu Con Oldric “qırmızılar”ın vitse-kapitanı, ingilis müdafiəçi Trent Aleksander-Arnold haqda danışıb.

Sports.az xəbər verir ki, 25 yaşlı ingilis futbolçunun Mersisayd klubu ilə cari müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.

“Trentlə bağlı vəziyyət mənim üçün anlaşılmazdır. O, “Liverpul”u sevir və bir gün komandanın kapitanı olmaq istəyir. Amma uzunmüddətli perspektivdə hər şey Trentin nə istədiyindən asılı olacaq. Düşünürəm ki, onun müqaviləsi çoxdan həll edilməli idi. Amma bəlkə də onu İspaniyada yeni təcrübə perspektivi cəlb edir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar