Tuxelin İngiltərə yığmasında maaşı məlum oldu

Son məlumata görə, İngiltərə yığmasını çalışdırmağa razılıq vermiş alman mütəxəssis Tomas Tuxel bu vəzifədə ildə 4,5 milyon funt-sterlinq (5,4 milyon avro) məbləğdən 5 milyon funt-sterlinq (6 milyon avro) məbləğə qədər qazanc əldə edəcək.

Sports.az xəbər verir ki, 51 yaşlı mütəxəssis bu gün keçiriləcək mətbuat konfransında İngiltərə yığmasının baş məşqçisi kimi təqdim ediləcək.

Alman mütəxəssis vəzifəsinin icrasına 2025-ci ildən başlayacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar