Braziliya klubları Kazemironun yüksək maaşına görə futbolçunu satın ala bilmirlər

Braziliya nəhəngləri – “San-Paulu” və “Palmeyras” “Mançester Yunayted”in 32 yaşlı braziliyalı dayaq yarımmüdafiəçisi Kazemiro ilə maraqlanır, amma futbolçunun yüksək maaşı səbəbindən onu satın ala bilmirlər

Sports.az xəbər verir ki, Kazemiro “qırmızı şeytanlar”ın heyətində çıxışı müqabilində həftədə 350 min funt-sterlinq (420 min avro) məbləğində qazanc əldə edib.

Mankunian klubunun rəhbərliyi də braziliyalı yarımmüdafiəçinin satılmasının əleyhinə deyil, çünki rəhbərlik klubun xərclərini azaltmaq istəyir.

Kazemironun 2025-ci ildə “Mançester Yunayted”dən ayrıla biləcəyi və futbolçunun transfer üçün ən çox ehtimal edilən seçimin Səudiyyə Ərəbistanı Peşəkar Liqası olduğu vurğulanır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar