“Barselona” De Yonqu satmağa hazırdır

“Barselona”, 27 yaşlı yarımmüdafiəçisi Frenki de Yonq 2026-cı ilin iyun ayının sonunda başa çatacaq müqaviləsinin müddətini gələn yaydan əvvəl uzatmasa, Kataloniya klubu niderlandlı futbolçusunu satmaq seçimini nəzərdən keçirmək fikrindədir.

Sports.az xəbər verir ki, De Yonq 2023-cü ilin sonunda ona yeni müqavilə təklif etmiş “blauqrana”nı cavabsız buraxıb.

Öz növbəsində Kataloniya klubu futbolçunu 2026-cı ilin yayında havayı əldən vermək istəmir.

“Barselona”nın, yeni əmək müqaviləsinə əsasən De Yonqa daha az maaş təklif etdiyi vurğulanır.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar