Tçuameni qışda “Real”dan ayrılmaq fikrində deyil

“Real”ın fransalı dayaq yarımmüdafiəçisi Orelyen Tçuameni İngiltərə Premyer Liqasının bəzi klublarının onunla maraqlanmasına rəğmən, qış transfer pəncərəsində İspaniya nəhənginin düşərgəsini tərk etmək niyyətində deyil.

Sports.az xəbər verir ki, Tçuameni bütün diqqətini “Real”da oynamağa cəmləyib və gələcəyini bu klubla bağlayır.

Xatırladaq ki, fransalı yarımmüdafiəçi “qaymaqlılar”a 2022-ci ildə qoşulub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar