Levandovski sıraya döndü

"Barselona"nın zədəli futbolçusu Robert Levandovski sıraya dönüb.

Sports.az "Marca"ya istinadən xəbər verir ki, polşalı hücumçu artıq komanda ilə məşqlərə başlayıb.

Onun oktyabrın 20-də "Sevilya" ilə oyunda meydana çıxacağı bildirilib.

36 yaşlı forvard ötən həftə sağ baldır əzələsindən zədə almışdı. Robert Levandovski bu mövsüm “Barselona”nın heyətində 11 oyuna çıxaraq 12 qol vurub və 2 qolun ötürməsini edib. O, hazırda La Liqada bombardirdir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar