“Barselona”nın daha bir zədəlisi sıraya döndü

“Barselona”nın futbolçusu Dani Olmo zədədən bərpa olunub. 

Sports.az xəbər verir ki, 26 yaşlı ispaniyalı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qayıdıb.

Onun “Sevilya” ilə oyuna qədər hazır olacağı bildirilir. 

Olmo bu mövsüm “Barselona”nın heyətində 3 matça çıxıb və 3 qol vurub. 

Xatırladaq ki, ötən həftə yüngül zədə almış hücumçu Robert Levandovskinin də “Sevilya” ilə oyunda komandaya kömək edə biləcəyi açıqlanmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar