Mbappe ayın ən yaxşı seçildi

"Real"da sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Sports.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kilian Mbappe bütün komanda yoldaşlarını qabaqlayıb.

Fransalı hücumçu ötən ay Madrid klubunda 5 oyuna çıxıb və 6 qol vurub.

Xatırladaq ki, Mbappe son günlər zorlamada ittiham olunur. O, məhkəmə tərəfindən təqsirli bilinərsə, 6 ilədək həbs cəzası ala bilər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar