Amorim “Mançester Siti”nin baş məşqçisi ola biləcəyi ilə bağlı məlumatı şərh etdi

Lissabon “Sportinq”inin portuqal baş məşqçisi Ruben Amorim “şəhərlilər” düşərgəsində oxşar mövqe tutacaq Portuqaliya klubunun idman direktoru Uqu Vianadan nümunə götürərək, “Mançester Siti”yə işə gedib-getməyəcəyi ilə bağlı sualı cavablayıb.

Sports.az xatırladır ki, daha əvvəl mətbuatda, Amorimin “Mançester Siti”nin baş məşqçisi vəzifəsində ispan mütəxəssis Xosep Qvardiolanı əvəz edə biləcəyi barədə məlumat yayılıb.

“Viana ilə fərqli yollarımız var. Əbədi davam etməyəcək peşəkar münasibətimiz var. Uqu Viana “Mançester Siti”də hamıdan çox qalib gəlmək istəyir. “Sportinq”də də heç nə dəyişməyib. Heç bir şey. Mövsümün sonuna qədər hər şey olduğu kimi qalacaq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar