Mahir Emreli derbidə qol vurdu, “Nürnberq” darmadağınla qalib gəldi

Almaniya 2-ci bundesliqasında 9-cu turun oyunları keçirilir.

Sports.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin klubu “Nürnberq” derbidə səfərdə “Qroyter”lə qarşılaşıb.

Emreli start heyətdə meydana çıxıb. 13-cü dəqiqədə Emreli təxminən 25 metrlik məsafədən gözəl qol vurmaqla hesabı açıb. Bu, onun Almaniya çempionatında ilk qolu olub. Qalan dəqiqələrdə daha 3 qol vuran “Nürnberq” darmadağına sevinib – 4:0.

Emreli 62-ci dəqiqədə əvəzlənib.

Bu qələbə sayəsində "Nürnberq" xalını 13-ə çatdırıb və 9-cu pilləyə yüksəlib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar