“Arsenal”ın Vlahoviçi hansı məbləğə satın almağa hazır olduğu məlum oldu

“Yuventus”un 24 yaşlı hücumçusu Duşan Vlahoviçlə maraqlanan “Arsenal” serb futbolçunu 60 milyon avro məbləğə satın almağa hazırdır.

Sports.az xəbər verir ki, Vlahoviçin Turin klubu ilə müqaviləsinin müddətini uzatmaqda çətinlik çəkdiyi üçün, “topçular”ın serb futbolçunu almaq imkanı da artıb.

Tərəflər yeni əmək müqaviləsi ilə bağlı razılığa gələ bilməsələr, o zaman “Qoca sinyora” müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonunda başa çatacaq futbolçunu azad agent qismində əldən verməmək üçün, gələn yay serb futbolçu ilə münasib məbləğ müqabilində ayrılmağa hazırdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar