Nuri Şahindən “Real”la matçdan öncə maraqlı qərar

“Real” sabah UEFA Çempionlar Liqasının 3-cü turu çərçivəsində Dortmund “Borussiya”sını qəbul edəcək.

Sports.az xəbər verir ki, “Borussiya”nın baş məşqçisi Nuri Şahin “Santyaqo Bernabeu”da rəqibin komandasının məşqini izləməsindən çəkinir.

Bu səbəbdən, o, matçdan əvvəl rəqibin stadionunda məşqdən imtina etmək qərarına gəlib. Onun komandası bazar ertəsi oyunöncəsi son məşqini Dortmundda keçirəcək. Görünür, “Borussiya”nın çalışdırıcısı komandanın taktikasının oyundan əvvəl üzə çıxacağından narahatdır.

“Real” – “Borussiya” matçının start fiti oktyabrın 22-də, saat 23:00-da səslənəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar