Laporta Olmonu satın aldıqları məbləği açıqladı

“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun ötən yay “Leypsiq”dən 26 yaşlı ispan hücumameyilli yarımmüdafiəçi Daniel Olmonu hansı qiymətə satın aldığını açıqlayıb.

Sports.az ispan məmurun bu barədə fikrini təqdim edir:

“Bizim, əvvəllər sərmayələrlə bağlı fəsadlarımız vardı, amma bu vəziyyətlə idman direktorumuz məşğul olurdu. Bizim yeganə alışlarımız Olmo və Pau Viktor idilər. Böyük satınalmalar üçün 50 milyon avro məbləği müzakirə etmişdik, amma Olmo bizə 47 milyon avro məbləğə başa gəldi”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar